Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı – VİDEO-FOTObackend

Relax İstirahət Mərkəzindən yalan xəbər yayımlandı - VİDEO - FOTO

Bu gün bir sıra şəxslər facebookda Lerik rayonunda yerləşən Relax İstirahət Mərkəzində qəlyan istifadəsi halının aşkar edildiyini və karantin qaydalarının kobud şəkildə pozulduğunu iddia edib. Bəzi internet portalları da heç bir araşdırma etmədən məlumat paylaşıblar.

Məsələ ilə bağlı Relax İstirahət Mərkəzinin icraçı direktoru Azər Mirzəyev qeyd edib ki, burada hazırda qəlyan istifadəsi qadağandır. Bununla bağlı xatırladıcı qeydlər də qeyd etdiyimiz istirahət mərkəzində yapışdırılıb.

Qeyd edək ki, Azər Mirzəyev videoya da münasibət bildirib. İcraçı direktor qeyd edib ki, “Video həqiqətən də Relax İstirahət Mərkəzində çəkilib. Amma həmin video bu ilə yox, keçən ilə aiddir.

Burdan az öncə vurğuladığımız internet portallarına da səslənib söyləmək istərdik ki, fürsətdən istifadə etmək bir media saytına yaraşan hərəkət deyil! Ən azından özünü “media” adlandıran hər bir informasiya portalı xəbəri araşdırıb məlumat tirajlamalıdır”. (buta.ws)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*