Keçmiş HOST qrupunun üzvü, AİD ləqəbi ilə tanınan məşhur reper Orxan Zeynallı bu gün ailə həyatı qurur.
KONKRET.az xəbər verir ki, reper xoşbəxt anlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
O, həyat yoldaşı ilə çəkilmiş fotolarını paylaşaraq, qeyd edib:“Çox sağ ol ki, sən”.
Qeyd edək ki, Orxan Zeynallı bundan əvvəl 2015-ci ildə Ülviyyə Məmmədova ilə ailə qurmuşdu. Lakin bu izdivac bir müddət sonra başa çatmış və cütlük rəsmi şəkildə ayrılmışdı.