Rəqsanə İsmayılova boşanıb – İDDİAbackend

Rəqsanə İsmayılova boşanıb - İDDİA

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia olunub.

KONKRET.az xəbər verir ki, bu haqda “TikTok” platformasında xəbərlər yayılıb.

Canlı yayım açan müğənni izləyicilərin ona ünvanladığı “boşanmısınız?” sualına belə cavab verib:

“Bu haqda mənə sual verməyin, xahiş edirəm. Çünki cavab verməyəcəyəm. Zamanla hər şeyi danışacam. Zamanında qazanı açanda yeməyi ilk olaraq bir adam var idi ki, ona verərdim. İndi o adam da yoxdur, yeməyi ilk uşaqlarıma verirəm”.

Qeyd edək ki, Rəqsanənin illərdir Moskvada yaşadığı evdən yeni evə köçməsi iddiaları gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*