Rəqsanənin əri bu videoya görə polisə çağırıldıbackend

Rəqsanənin əri bu videoya görə polisə çağırıldı

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ifadəsi alınıb.

KONKRET.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılovanın dələduzluq faktına görə həbs edilməsi barədə xəbər vermişdik.

Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov ötən gün video müraciət yayıb.

Şikayətçi 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.

Belə olan halda Fazil Əmiraslanovun da istintaqa cəlb ediləcəyi ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*