Rəqsanənin keçmiş sevgilisi qarət edildibackend

Rəqsanənin keçmiş sevgilisi qarət edildi

Bakıda avtomobildən bahalı qızıl saat oğurlanıb.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Faiq Azayevə məxsus BMW markalı avtomobildən ona məxsus qızıl saat oğurlanıb.

Zərərçəkən hadisə barədə polisə məlumat verib.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Cəfər Camalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Faiq Azayevin adı mətbuata çox tanışdır. O, müğənni Rəqsanə İsmayılovanının keçmiş sevgilisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*