Rəsmi açıqlama: Türkiyə ilə Çin arasında belə bir razılaşma yoxdurbackend

Rəsmi açıqlama: Türkiyə ilə Çin arasında belə bir razılaşma yoxdur

Müxtəlif sosial media platformalarında “Türkiyə ilə Çin arasında 3 milyon uyğurun Türkiyəyə gətirilməsi ilə bağlı bir razılaşma imzalandığı” barədə irəli sürülən iddia tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“İddia edildiyi kimi, Türkiyə ilə Çin arasında hər hansı bir razılaşma və ya görüş keçirilməyib.

İctimaiyyətin beynəlxalq həssaslıq daşıyan bu cür məsələlərdə yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi; həqiqəti əks etdirməyən, spekulyativ iddialara etibar etməməsi böyük əhəmiyyət daşıyır”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*