KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Kotayk bölgəsinin Qarni kəndinin sakini, 37 yaşlı Ara Hayrapetyan tutulub.
Kotayk Regional Polis İdarəsinə “Qızıl Xərçəng” restoran kompleksində atışma olması barədə əməliyyat xəbəri daxil olub. Birgə əməliyyat-istintaq tədbirləri zamanı adı çəkilən restoran kompleksinə gələn polis və müstəntiqlər Hayrapetyan soyadlı Ermənistan vətəndaşının yöndəmsiz vəziyyətdə, iştirakçılara açıq hörmətsizlik nümayiş etdirdiyinin şahidi olublar. Əməkdaşlar ictimai qaydanı kobud şəkildə pozan, qanunsuz gəzdirdiyi tapança ilə ətrafa nizamsız atəş açan Hayrapetyanı tutmağa cəhd ediblər. Aparılan əməliyyat tədbirləri nəticəsində onu Qarni kəndində sol ayağının yaralanması halında həbs ediblər. Saxlanılan şəxs əvvəllər soyğunçuluq və xuliqanlıqda ittiham edilib.
Faktla bağlı cinayət işi açılıb.