“Restoranlara spirtli içkilərin satışına icazə verilsin. Bu, restoranların gəlirliliyini artıracaq və yerli şərabçıları dəstəkləyəcək”.
KONKRET.az xəbər verir ki, bu təkliflə Rusiyada Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkili Boris Titovla Restorançılar və Otelçilər Federasiyası birgə çıxış edib.
Təşəbbüs mövcud qanunvericilik tərəfindən qoyulan məhdudiyyətlərlə bağlıdır və bu məhdudiyyətlərə görə, restoran sahibləri alkoqol satışı üçün ayrıca lisenziya almalıdırlar. Bildirilir ki, bu cür məhdudiyyətlər dünya praktikasına ziddir, çünki ziyarətçi eyni restoranda xoşladığı bir şüşə bəyəndiyi şərabı ala bilər.
Yeri gəlmişkən, Rusiyada son illərdə üzümçülük və şərabçılıq kənd təsərrüfatının ən fəal inkişaf edən sahələrindən birinə çevrilib. Üzüm bağlarının sahəsi artır, onlarla yeni kiçik şərab zavodları yaranır.
“Roskaçestvo”nun məlumatına görə, rusların 51%-i xaricdən gətirilən şərablardan daha çox rus şərabına üstünlük verir. Hakimiyyət kafe və restoranların şərab siyahılarında yerli şərabların məcburi satışı ilə bağlı ideyasını müzakirə edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az