Rəsul Quliyev: “Bir dəfə qalib gələn bir daha məğlub olmaz…”backend

Rəsul Quliyev: “Bir dəfə qalib gələn bir daha məğlub olmaz...”

Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev Anım günü ilə bağlı paylaşım edib

KONKRET.az-ın xəbərinə görə, paylaşımda qeyd olunub:

“44 günə 18 min kvadrat kilometrlik torpaqlarımızı himayədarlarının dəstəyi ilə işğal edən Ermənistan quldur dəstələrindən azad edən şəhidlərimizə və mətin silahlılarımıza eşq olsun! Üç minə yaxın şəhid – 10 milyonluq azərbaycanlıların üzünü ağ etdi. Əgər Qarabağ müharibəsində həlak olanların şərəfinə qədim misirlilərin günəşə yaxın olmaq üçün kəşf etdikləri obelisk qoyulacaqsa o, Bakıda ən hündür yerdə və ən azı 100 metrlik obeliks olsa, yaxşı olar. Unutmaq lazım deyil ki, bir dəfə qalib gələn bir daha  məğlub olmaz…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*