“REUTERS: “Sülh razılaşması bir çox region dövlətlərin mənafeyinə uyğundur”backend

"REUTERS: "Sülh razılaşması bir çox region dövlətlərin mənafeyinə uyğundur"

Dağlıq Qarabağda davamlı sülhün əldə edilməsi region dövlətlərin iqtisadi-siyasi maraqlarına uyğundur. Bu razılaşmada hamı qazandı,birisi az, birisi çox.

KONKRET.az xəbər verir ki, bu barədə “REUTERS” agentliyi məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, əldə olunan razılaşma region dövlətlərinin, o cümlədən bir çox cəhətdən Moskva üçün yaxşı nəticədir. Rusiya 2000 sülhməramlı qüvvəsini Dağlıq Qarabağa yerləşdirir. Moskvanın 1994-cü ildən geri qaytarmaq istədiyi, lakin edə bilmədiyi bir şey noyabrın 10-da oldu. Ankara atəşkəsin müttəfiqi Azərbaycan üçün “müqəddəs bir uğur” olduğunu söylədi. Bu, həm də Azərbaycana verdiyi dəstəyi ilə Türkiyənin “dünya düzənində” layiq olduğu yeri tutmaq üzrə olmasının əyani sübutudur.

Almaniya Marşal Fondunun Ankaradakı araşdırma qrupunun direktoru Özgür Ünlühisarcikli “REUTERS”-ə bildirib ki, Rusiyanın bölgədəki varlığıTürkiyə və Azərbaycana mənfi təsir etsə də, Azərbaycanın regiondakı mövqeyi altı həftə əvvələ nisbətən daha da güclləndi. Azərbaycan bu sahədə böyük uğurlar qazandı və bunu atəşkəs təsdiqlədi. Türkiyə artıq Qafqazda müəyyən bir rola sahibdir, ancaq Rusiya ilə müqayisədə açıq şəkildə ikincidir. Yəqin ki, Ərdoğan bundan məmnundur. Türkiyə Azərbaycana göstərdiyi dəstəklə həm də Rusiyanın Qafqazdakı təsir imkanlarını azaltdı. Bu isə Türkiyənin 100 illik arzusu idi.

Ermənistana gəldikdə isə sülh İrəvanı ən azı iqtisadi blokadadan qurtaracaq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*