Rəy yazdı, itkin düşən qadın tapıldıbackend

Rəy yazdı, itkin düşən qadın tapıldı

İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri məlum olub.

KONKRET.az xəbər verir ki, b u barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.

E.Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb:

“Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*