Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsinin tarixi açıqlandıbackend

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsinin tarixi açıqlandı

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

KONKRET.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək etmək üçün keçid: https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*