Rezidenturaya qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edirbackend

Rezidenturaya qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 25-i saat 11:00-a olan məlumata görə, sınaq imtahanında iştirak etmək istəyən 54 namizəd qeydiyyatdan keçib.

Sınaq imtahanı iyunun 29-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) elektron formada keçiriləcək və saat 10-da başlayacaq. Namizədlər iyunun 28-i saat 17-dək internet saytında qeydiyyatdan keçə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*