Rihanna koronavirusla mübarizə üçün 5 milyon dollar bağışladıbackend

Rihanna koronavirusla mübarizə üçün 5 milyon dollar bağışladı

Müğənni, aktrisa və musiqi prodüseri Rihanna COVID-19 ilə mübarizəyə öz töhfəsini verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Associated Press” agentliyi yayıb.

O, təsisçisi olduğu “Clara Lionel Foundation” xeyriyyə fondundan beş milyon dollar bağışladığını söyləyib.

Ulduz əhalinin həssas təbəqələrinə, ABŞ, Karib dənizi və Afrikada dərman, avadanlıq çatışmazlığı olan bölgələrə gedəcək bir miqdar ayırıb.

Bundan əlavə, Rihanna doğma Barbadosuna 700 min dollar məbləğində mexaniki havalandırma qurğuları göndərmək niyyətindədir.

Müğənni hər kəsi COVID-19 pandemiyası üçün görülən tədbirlərə əməl etməyə çağırır.

Qeyd edək ki, Rihanna “Clara Lionel Foundation” fondunu 2012-ci ildə nənə və babasının şərəfinə yaradıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*