“Bellator 226” MMA turnirində amerikalı idmançı Albert Qonzales rəqibi Tayson Millerlə döyüşərkən ayağını sındırıb.
Konkret.az “Bizimyol.info”ya istinadən xəbər verir ki, məlumatına görə, Qonzalesin ayağı rəqibini vurmaq istəyəndə sınıb. Hakin oyunu 1-ci raundda dayandıraraq “texniki nakaut” elan edib.
Qeyd edək ki, bu Qonzalesin peşəkar MMA rinqindəki 3-cü çıxışı olub.