Riqada rusların təşkil etdiyi ziyafətdə partlayışbackend

Riqada rusların təşkil etdiyi ziyafətdə partlayış

Rusiya Hərbi Hava Qüvvələrinin Riqada keçirdiyi ziyafətdə insident yaşanıb.

KONKRET.az “Novaya qazeta Europe”yə istinadən xəbər verir ki, naməlum şəxs ziyafət keçirilən məkana təlim qumbararası atıb və qaçıb. Məlumata görə, hadisə “Čē” barında baş verib. Xatırladaq ki, hadisə saat 23-də olub və həmin ana qədər barda ziyafət iştirakçılarından yalnız jurnalistlər qalıbmış. Qumbara da jurnalistlərin olduğu məkana atılıb və partlayışdan zərər çəkən olmayıb. Jurnalistlər bu hücumun onların peşə fəaliyyəti ilə bağlı olduğunu düşünürlər. Hücum edən şəxs qara rəngli BMW markalı avtomobillə qaçıb. Jurnalistlər avtomobilin dövlət nömrə nişanını yaza biliblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*