Robert Katler: “Paşinyanın səriştəsiz siyasəti müharibəni qaçılmaz etdi”backend

Robert Katler: "Paşinyanın səriştəsiz siyasəti müharibəni qaçılmaz etdi"

2018-ci ilin mayında, 20 illik hakimiyyətdən sonra Paşinyan Koçaryan-Sarkisyanın bağlı olduğu Dağlıq Qarabağ klanını geri itələdi. Əvvəlcə Azərbaycanla barışdan danışdı, ancaq zaman keçdikcə erməni seçicilərinə verdiyi vədləri yerinə yetirə bilməyəcəyini gördü və millətçiliyi təbliğ etməyə başladı. 2019-cu ilin martında müdafiə naziri David Tonoyan Nyu-Yorkda çıxış edərkən köhnə “sülh üçün ərazi” həll formatını rədd etdi və özünün – “yeni ərazilər üçün yeni bir müharibə” təklif etdi. “Yeni ərazilər” adlandırılmadı, ancaq belə bir ifadə müxtəlif məna verə bilər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi toqquşmalar bu təhlükəni həyata keçirmək niyyətini təsdiqlədi.

KONKRET.az xəbər verir ki, bu fikirləri Karleton Universitetinin (Kanada) Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler söyləyib. Onun sözlərinə görə “Münaqişənin həlli üçün ATƏT-in Madrid prinsipləri 2007-ci ildə təklif edilib və 2009-cu ildə dəyişdirilib. 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə Madrid prinsiplərinə “Kazan düsturu” əlavə edilib. Danışıqlar nəzərəçarpacaq nəticələrə gətirib çıxarmadığı üçün Azərbaycan dəfələrlə güc tətbiqetmənin son çarə olaraq qaldığını xəbərdar edib. Paşinyan açıq və birtərəfli qaydada ATƏT-in Madrid prinsiplərini pislədi. 2019-cu ilin avqust ayında Xankəndinə bir daha xatırlatdı ki, “Dağlıq Qarabağ Ermənistandır. Və nöqtə”. Beləliklə, baş nazir işğal olunmuş əraziləri Ermənistana şifahi olaraq “qoşdu”. Bu ifadələri isə 1990-cı illərin əvvəllərindəki müharibədən bəri heç bir erməni siyasətçisi işlətməmişdi. Paşinyan Türkiyəyə qarşı ərazi iddiaları da edib, 1920-ci ildə təsdiqlənməmiş Qars müqaviləsini “tarixi bir həqiqət” adlandırıb və “tarixi ədalət” tələb edib. Paşinyanın açıqlaması ərazilərin son statusunu müəyyənləşdirilməli olan Madrid prinsiplərinin qəti şəkildə rədd edilməsi idi”.

Professor onu da deyib ki, “Paşinyanın səriştəsiz siyasəti müharibəni qaçılmaz etdi. Onun Qərb yönümlü mövqeyi isə Moskvanın bitərəf qalmasına səbəb oldu. Bu isə Azərbaycanın hərbi qələbəsinə əsaslar yaratdı”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*