Robert Koçaryan Moskvaya çağırıldı – Rusiya nədən narahatdır?backend

Robert Koçaryan Moskvaya çağırıldı - Rusiya nədən narahatdır?

Ermənistanın sabiq prezidenti olmuş Robert Koçaryan gizli şəkildə Moskvaya dəvət olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti Rusiyanın xarici siyasət idarəsinə yaxın mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Moskvada Ermənistan-Rusiya münasibətlərini hərtərəfli şəkildə gücləndirmək, mövcud əlaqələrə yeni bir impuls vermək və bölgədə Türkiyə və Azərbaycanın artan nüfuzuna qarşı çıxmaq üçün fundamental qərar verilib.

Qəzet yazır ki, xüsusilə hakim Vahid Rusiya Partiyası Ermənistan blokunun lideri, ölkənin ikinci prezidenti Robert Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya səfərə dəvət edib.  Mənbənin bildirdiyinə görə, qarşıdakı səfər zamanı Koçaryan partiya lideri ilə görüşəcək və bölgədə baş verə biləcək hadisələri müzakirə edəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*