Robert Koçaryan xalqına təsəlli verdi – “Səbirlə gözləməliyik”backend

Robert Koçaryan xalqına təsəlli verdi - "Səbirlə gözləməliyik"

“Əminəm ki, çox sınaqlardan keçmiş erməni xalqı bu dəfə də dirçəlmək üçün özündə güc tapacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçəryan özünün facebook səhifəsində xalqa müraciətində deyib. O vurğulayıb ki, “Erməni xalqının tarixi, təəssüf ki, faciəli səhifələrlə doludur. Bir çox sınaqları yaşamışıq. Çox vaxt həyatla ölüm arasında qalmışıq və nəticədə özümüzü tapmışıq. Ancaq ən yaxşı milli xüsusiyyətlərimiz – ehtiyatlılıq, cəsarət, səbir və çalışqanlıq hər zaman dirçəlməyimizə kömək edib. Əminəm ki, bunu bir daha edə bilərik. Gəlin 2021-ci ili belə bir gələcəyə inamla qarşılayaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*