Robert Köçəryan Qarabağ ermənilərinə müraciət etdi – Həbsdə olan sabiq prezidenti qorxudan nədir?backend

Robert Köçəryan Qarabağ ermənilərinə müraciət etdi – Həbsdə olan sabiq prezidenti qorxudan nədir?

Azərbaycanın Xankəndi şəhərində anadan olan, 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulan və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilən, azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən, Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edən, 1991-1992-ci illərdə Dağlıq Qarabağ Ali Sovetinin deputatı, 1994–cü ildən 1996-cı ilədək qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti olan, 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilən, 2009-cu ildən Rusiyanın AFK “Sistema” şirkətinin direktoru vəzifəsində çalışan, 1998-ci ildən 2008-ci ilin aprelinədək Ermənistan Respublikasının prezidenti olan və 2018-ci ilin dekabrında digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməkdə ittiham olunan və hazırda həbsdə saxlanılan Robert Köçəryan Qarabağ ermənilərinə müraciət edib.

KONKRET.az həmin müraciəti sizə təqdim edir:

“Əziz qarabağlılar, bu taleyüklü günlərdə narahatlığınızı bildirmək və bir neçə fikirimi bölüşmək üçün sizə müraciət edirəm.

Bir neçə gündür, Ermənistan Respublikasında olduğu kimi, bir çox başqa ölkələrdə də yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə fövqəladə vəziyyət elan edilmişdir. Bu anda, Dağlıq Qarabağda bir virusa heç kəs yoluxmayıb. Buna baxmayaraq Ermənistan və Qarabağ arasındakı yüksək inteqrasiya dərəcəsi infeksiyanın nüfuz etməsi və yayılması ilə əlaqəli riskləri artırır. Bu da ciddi narahatlıq doğuran bir məsələdir, çünki profilaktik tədbirlər olmadıqda, epidemiya dərhal yayıla bilər və çox sayda insanın həyatına səbəb ola bilər.

Bu, mövcud geosiyasi reallıqda bizim təhlükəsizliyimiz üçün ciddi təhdid ola bilər.

Bu çərçivədə, “Qarabağın rəhbərliyi” çətin bir seçim qarşısında qalır. Bu baxımdan sakinlərin təhlükəsizliyini qeyd-şərtsiz qorumaq üçün məsuliyyətli qərarlar qəbul etməlidir. Ümid edirəm ki, səlahiyyətlilər vəziyyəti yaxından izləyir və lazım olduqda mümkün təhlükələrin qarşısını almaq üçün təcili tədbirlərə əl atmağa hazır olacaqlar.

Bu vəziyyətdə ən vacib rolu cəmiyyətin konsolidasiyası oynaya bilər. Son “seçki kampaniyası”ndan sonra bu məsələdə müəyyən çətinliklərin ortaya çıxdığı bəllidir.

Mən siyasi prosesin bütün iştirakçılarına, bütün Qarabağ ermənilərinə müraciət edirəm: bu ciddi milli təhlükə ilə mübarizədə maksimum məsuliyyət və təmkin nümayiş etdirin.

Keçən günlərin hadisələri məndə belə inam yaradıb ki, növbəti illərdə Qarabağa qəhrəman keçmişi olan, hər hansı bir böhran vəziyyətinə tab gətirə bilən, məsuliyyətli qərarlar qəbul edən bir insan “rəhbərlik” edəcək.

Ümid edirəm ki, Qarabağ erməniləri bütün həyatı ilə Qarabağın “müstəqillik ideallarına” fədakarlıqla sədaqət göstərmiş birini seçəcək.

Hörmətli qarabağlılar, bu taleyüklü günlərdə sizə güc və əzm, sarsılmaz iradə və birlik arzulayıram. Bir neçə on il əvvəl biz birlikdə çətinlikləri dəf edərək müharibədə “qalib gəldik” və suveren bir “dövlət qurduq”. Əminəm ki, bu gün birləşərək istənilən çətinliklərin öhdəsindən gələcəyik.

Robert Köçəryan”.

Haşiyə: Yazının girişində Köçəryanın “titullarını”, Azərbaycana qarşı vuruşduğu məqamları təsadüfən yazmadıq. İndi bu insan zindanda ola-ola yenə də Azərbaycana “müharibədə “qalib gəldik” və suveren bir “dövlət qurduq” çağırışları edir və Qarabağ ermənilərini istənilən çətinliklərin öhdəsindən gəlmək üçün birləşməyə çağırır.

Bu çağırışın arxasında isə sadə bir məntiq dayanır. Azərbaycanın 1 nömrəli düşmənlərindən biri olan Robert Köçəryan koronavirusun Ermənistandan Qarabağa yayılmasından qorxur və bilir ki, bu virus Azərbaycanın qədim torpağına yayılsa, bəlanın qarşısını ala bilməyəcəklər. Çünki bunun üçün onların nə maddi hazırlığı, nə də tibbi personalı var. Onsuz da Ermənistanın özü də koronavirus qarşısında aciz qalıb. Əhalisinin sayına görə Ermənistan bu virusla üz-üzə qalan ölkələr arasında ilk onluqda yer alır. Bu haqda ermənilərin özü böyük həyəcan təbili çalıb və bu gün lragir.am saytında “Yavaş infeksiya taktikası: iki pislik arasında” başlığı ilə ölkə əhalisini qorxuya salan yazı dərc edilib. Həmin yazının girişində deyilir ki, koronavirus ilə təsdiqlənmiş infeksiyaların sayına görə Ermənistan dünyada 100.000 nəfərə düşən əhali arasında lider mövqelərdən birini tutur.

Əlavə şərhə ehtiyac yoxdur. Robert Köçəryanın bu müraciəti yaymaqda məqsədi sadəcə koronavirus qorxusudur. Bilir ki, bu bəla Qarabağa yayılsa, Azərbaycan ordusunun hücumuna ehtiyac qalmayacaq. Elə özləri küçələrdə üzü üstə aşıb öləcəklər. Aşmasalar da olar, çarpayıda da ölmək yolu var. Bu yolu isə qoy özləri seçsinlər. Əsas ölməkləridir. Bunun hansı üsulla ediləcəyinin isə fərqi yoxdur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*