Robert Köçəryana kömək edən şəxslərin adları açıqlandıbackend

Robert Köçəryana kömək edən şəxslərin adları açıqlandı

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azadlığa buraxılması üçün girov qoyulan vəsaitin çoxunu Samvel Karapetyan (Taşir qrupu), Sergey Ambartsumyan (Monarx qrupu), “Sistema” şirkətinin əsas səhmdarı Vladimir Yevtuşenkov (Robert Koçaryan şirkətin idarə heyətinin üzvüdür) və tanınmış rusiyalı iş adamı Qennadi Stepanyan verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 7or.am nəşri yayıb.

Digər sahibkarlar, habelə Ermənistan vətəndaşları onun azad edilməsi üçün yaradılan fonda pul veriblər.

Dünən 4 milyon dollara yaxın girov qoyulub və Robert Köçəryan həbsdən azad edilib.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*