“Rolls-Royce” minlərlə iş yerini İXTİSAR EDİRbackend

“Rolls-Royce” minlərlə iş yerini İXTİSAR EDİR

Böyük Britaniyanın “Rolls-Royce Group” şirkəti minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət üç bölməsini (mülki aviasiya, müdafiə və enerji üçün avadanlıqlar) birləşdirməyi planlaşdırır.

Nəticədə bu departamentlərdəki 30 min iş yerinin 10%-i ixtisar edilə bilər.

Qeyd olunub ki, bu, ən çox Derbidəki şirkətin baş ofisinin işçilərinə təsir edəcək.

“Biz heç bir şəkildə işçilərə təsir edən qərarlar verməmişik”, – şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, “Rolls-Royce”un səhmləri ilin əvvəlindən təxminən 60% bahalaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*