“Roma” klubunun yeni kapitanı bəlli oldubackend

"Roma" klubunun yeni kapitanı bəlli oldu

İtaliyanın “Roma” klubunun yeni kapitanı müəyyənləşib.

KONKRET.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 2025/2026 mövsümündə komandanı meydana Brayan Kristante kapitan kimi çıxaracaq.

30 yaşlı italiyalı yarımmüdafiəçi 2019-cu ilin iyulundan paytaxt təmsilçisinin şərəfini qoruyur. O, 2024/2025 mövsümündə meydana çıxdığı 38 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, futbolçunun Roma komandası ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. B.Kristante “Roma”nın heyətində ümumilikdə meydana çıxdığı 320 matçda 19 qol və 21 məhsuldar ötürməyə imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*