Roma Papası: “Həddindən artıq çox olan həbsxanalar “islah yeri” deyil, qəzəb mənbəyinə çevrilib”backend

Roma Papası: “Həddindən artıq çox olan həbsxanalar "islah yeri" deyil, qəzəb mənbəyinə çevrilib”

Konkret.az xəbər verir ki, Roma Papası Fransisk ömürlük həbs cəzasının fəsadlarından danışıb. “Bu cəza növü yeni başlanğıc ümidi üçün bir məhdudiyyətdir”.

Vatikan radiosunun məlumatına görə, Roma Katolik Kilsəsinin baş keşişi dünən penitensiar polisin nümayəndələri ilə görüşdə bəyan edib ki, “Ömürlük həbs cəzası problemlərin həlli deyil, həll ediləcək bir problemdir. Cəmiyyət ümidin qorunmasına dəstək olmalı və ümid etmək hüququnu qorumalıdır”. Papa vurğulayıb ki, həddindən artıq çox olan həbsxanalar “islah yeri” deyil, qəzəb mənbəyinə çevrilib.

TAHİR

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*