Roma Papası Fransisk Qəzzada soyqırım iddialarının diqqətlə araşdırmağa çağırıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, dünya katoliqlərinin rəhbəri Qəzzada günahsız ölən insanların taleyindən narahatlığını ifadə edib. Roma Papası İsrailin HƏMAS-la müharibəsini sərt tənqid edib:”Bəzi ekspertlərin fikrincə Qəzzada baş verənlər soyqırım xarakteri daşıyır”,- deyə Fransisk bildirib. Onun fikirincə məsələ hələ araşdırılmalıdır: “Qəzzadakı soyqırımı iddiaları hüquqşünaslar və beynəlxalq qurumlar tərəfindən texniki tərifə uyğun araşdırılmalıdır.” Minlərlə günahsız insanın ölümünü hələ araşdırmağa ehtiyac olduğunu deyən bu adam, hər gen qətlə yetirilən uşaqların, qocaların, dinc adamların taleyinə biganədir. Qəzzada baş verənləri soyqırımı adlandırmaqdan ehtiyat edən Roma Papası: “Mən hər şeydən əvvəl Fələstinli qardaş və bacıları,aclıq içində Qəzzanı tərk edənləri düşünürəm”,-deyib. İsrailin Müqəddəs Taxt-Tacdakı səfiri Yaron Sideman Papa Fransiskə cavab olaraq, Həmasın 1200 nəfər İsrail vətəndaşını öldürməsinə toxunub və bunu da soyqırımı adlandırmağa çağırıb. İsrail Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan iddia ilə üz-üzədir. Yəhudi dövləti soyqırımda və “Qəzzada fələstinliləri məhv etməkdə” ittiham edilir.
Vəli Həsənoğlu,
KONKRET.az