Ronaldinyo avqust ayında ev dustaqlığından azad edilə bilərbackend

Ronaldinyo avqust ayında ev dustaqlığından azad edilə bilər

Futbol üzrə dünya çempionu Ronaldinyo avqust ayında ev həbsindən azad edilə bilər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ESPN nəşri yayıb.

Keçmiş braziliyalı futbolçu və qardaşı martın 4-də saxta pasportlarla Asunsionda saxlanılıblar. Aparılan axtarışlardan sonra cinayətkarlar tutulub. Onlar 1,6 milyon dollar girov ödədikdən sonra ev dustaqlığına buraxılıblar.

Mənbəyə görə, Ronaldinyo cərimə ödəmək müqabilində sənədləri düzəltməkdə günahkar olduğunu bildirən bir razılaşmaya gedə bilər.

Eyni zamanda, sabiq futbolçunun özü də günahını hələ etiraf etməyib, çünki vəkilləri keçmiş oyunçunun ittiham tərəfinin sübutlarının olmaması səbəbindən avqust ayında sərbəst buraxıla biləcəyinə inandıqlarını söyləyirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*