“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldo klubunu dəyişmək niyyətindədir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, komandasının Premyer Liqadakı oyunundan və baş məşqçinin fəaliyyətindən narazı qalan portuqaliyalı ulduz əsrin transferi adlandırıla biləcək addımı atmağın astanasındadır.
Belə ki, futbolçunun “Mançester Yunayted”də birlikdə çıxış etdiyi keçmiş komanda yoldaşı Jerar Pike ilə əlaqə saxlayaraq “Barselona”ya transfer olmaq istədiyi bildirilir. Ronaldo Pikenin köməyi ilə baş məşqçi Xavi ilə də danışıb. Xavinin də Ronaldonun komandasına fayda verəcəyini düşündüyü bildirilir.
Artıq Kriştiano Ronaldonun meneceri Xorxe Mendesin “Barselona” Prezidenti J.Laporta ilə danışıqlara başladığı qeyd olunur.