Portuqaliyanın futbol üzrə millisi İrəvanda oyunöncəsi ilk məşqini keçirib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Kristiano Ronaldonun başçılıq etdiyi portuqaliyalılar cümə axşamı İrəvana gəlib.
Qeyd edək ki, şənbə günü, sentyabrın 6-da portuqallar DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu Ermənistan komandasına qarşı keçirəcək.