Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo sosial şəbəkədə Ermənistanda olarkən itələdiyi oğlanla dostluq etdiyini yazıb.
KONKRET.az xəbər verir ki, Ronaldo onunla selfi çəkdirmək istəyən erməni gənc haqqında bunları qeyd edib:
“Mən dünən yeni dost qazandım! Sevgi və dəstəyə görə minnətdaram. Ümid edirəm ki, hər kəs öz arzularının ardınca gedəcək!”
Sentyabrın 6-da Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistan millisini 5:0 hesabı ilə məğlub edib.