Turinin “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasında ən çətin məqamı açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Besoccer” nəşri yazıb.
Belə ki, Ronaldo karyerasının ən çətin anının “Sportinq”ə keçid dövrü olduğunu bildirib.
“Ailəm mənimlə vidalaşdı. Günəş eynəkləri taxsalar da, yanaqlarından necə göz yaşlarının axdığını gördüm. Mən də eyni şəkildə təyyarəyə yollandım. Bu, karyeramda ən çətin məqam idi. Açıq-aşkar ağlayırdım”, – deyə K.Ronaldu bildirib.