Ronaldo klub seçimini etdibackend

Ronaldo klub seçimini etdi

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun futbolçusu Kristiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.

KONKRET.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun özü açıqlama verib.

“Gələcəyim? Heç nə dəyişməyəcək. “Əl-Nəsr”də qalacağam”, – deyə 40 yaşlı ulduz futbolçu söyləyib.

Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi iyunun 30-da bitir. Ronaldo bu klubla meydana çıxdığı 111 oyunda 99 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*