Ronaldo Trampa hədiyyə göndərdibackend

Ronaldo Trampa hədiyyə göndərdi

“Qızıl top” mükafatının beşqat qalibi Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampa Portuqaliya millisinin imzalanmış formasını göndərib.

KONKRET.az xəbər verir ki, hədiyyəni Kanadada keçirilən G7 sammiti zamanı Avropa Şurasının sədri Antoniu Koşta təqdim edib.

O bu anın fotolarını X sosial şəbəkədə hesabında paylaşıb.

Ronaldo formaya imza atmaqla yanaşı bir mesaj da yazıb: “Prezident Trampa. Sülh üçün oynayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*