Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, tiktokerin həbs müddəti 2 ay müddətinə uzadılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.