backend

Rövnəq AbdullayevCavid Qurbanova stop - YAP-ın siyahısından çıxarıldılar

Hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısından bu dəfə bəzi vəzifəli şəxslərin adları çıxarılıb.

KONKRET.AZ xəbər verir ki, onlardan ikisinin adı dəqiqləşib.

Məlumata görə, Milli Məclisə III, IV və V çağırış deputat seçilən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev bu dəfə seçki marafonuna qatılmayacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da seçkidə iştirak etməyəcək.

Xatırladaq ki, ötən dəfə – V çağırış parlament seçkilərində C.Qurbanov 123 saylı Kəlbəcər Seçki Dairəsindən, Rövnəq Abdullayev isə 24 saylı Nizami 1-ci dairəsindən YAP-ın namizədləri olaraq seçilimişdilər.

BakuPost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*