Rövşanə Ağasəfqızı: “Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır”backend

Rövşanə Ağasəfqızı: "Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır"

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

KONKRET.az xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı teleaparıcı Rövşanə Ağasəfqızıdır.

O, gender bərabərliyindən, kişi-qadın münasibətlərində yaşanan problemlərdən danışıb, eləcə də qadınların estetik əməliyyatla bir-birlərinə bənzəməsinə, brend geyim göstərişinə münasibət bildirib.

“Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır” deyən aparıcı xanımların özlərini inkişaf etdirmək əvəzinə gözəlləşməyə daha çox pul xərclədiklərini söyləyib.

Qadının uğurlu olmasından da bəhs edən R.Ağasəfqızı bunun kişilərin çoxunda narahatlıq doğurduğunu və onların özlərini zəif hiss etdiklərini vurğulayıb.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*