Rosfinmonitorinq “Nə? Harada? Nə zaman?” televiziya oyununun keçmiş iştirakçıları Rövşən Əsgərov və ictimai xadim Leonid Qozmanı terrorçular və ekstremistlər siyahısına əlavə edib.
KONKRET.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Qozman Rusiya ordusu haqqında bilə-bilə yalan məlumat yaydığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Əsgərov isə Rusiya Federasiyasında xarici agentin fəaliyyəti qaydalarını pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunub.//Oxu.az