Rövşən Qurbanov həbs edildi – FOTObackend

Rövşən Qurbanov həbs edildi - FOTO

Novosibirsk şəhərinin Zaeltsovski rayon məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanovu iki ay müddətinə həbs edib.

KONKRET.az “Unikal”a istinadla xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib.

“Məhkəmə Qurbanov Rövşən Qurban oğlu barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçib”, – məlumatda qeyd olunub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs aprelin 30-da “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdirinə messencer vasitəsilə zəng edərək ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.

Rövşən Qurbanov həbs edildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*