Xalq artisti Röya Ayxanın son görüntüləri sosial şəbəkə istifadəçilərini iki yerə bölüb.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, müğənninin 78-ci Kann festivalında Azərbaycanı təmsil etməsi birmənalı qarşılanmayıb.
Bir qisim ifaçıya dəstək olsa da, əksəriyyət tənqid edib.
Hətta iddia edilir ki, belə festivallar, qırmızı xalçalar, titullar ödənişlidir. Bildirilir ki, Röyanın pərəstişkarları yalnız azərbaycanlılardır və onun Kann festivalına getməyi düzgün deyil.
Bəziləri xüsusilə, xalq artistinin efirlərdə şıltaq davranışlarını nümunə kimi göstərir, nəinki dünyada, bölgədə belə kifayət qədər tanınmadığını düşünürlər.
Qeyd edək ki, Röya Ayxan sözügedən festivalda iştirak edən ilk azərbaycanlı müğənnidir.
Məlumata görə, o, tədbirə 100 ən uğurlu şəxs arasında Azərbaycan Musiqisinin Mədəniyyət Səfiri qismində qatılıb.