“Röya alimenti nə edir? Niyə Röyaya aliment verirəm, oğluma verərəm. Röyaya aliment vermirəm”.
KONKRET.az musavat-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov deyib.
“TikTok” hesabında canlı yayım açan Anar izləyicilərin suallarını cavablandırıb:
“Röyanın məndən aliment tələbi heç zaman olmayıb. Amma Hüseynə hər zaman, nə lazım olsa, edirəm”.
O sonra sevgi haqqında danışıb:
“İnsan bir dəfə sevir. Əsl sevgi bir dəfə olur. Sonrakılar da sevgidir. Amma ən güclüsü bir dəfə olur”.