Rubiodan USAİD-ə AĞIR SÖZLƏRbackend

Rubiodan USAİD-ə AĞIR SÖZLƏR

“Xarici yardım xeyriyyəçilik deyil, ABŞ maraqlarını təmin etmək üçündür”

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı USAID proqramlarının bir hissəsinin ləğv edildiyini və xarici yardımın əsas məqsədinin ABŞ-ın milli maraqlarını irəli aparmaq olduğunu bildirib.

“Bəli, USAID-də bir sıra müqavilələri ləğv etdik. Bəziləri sadəcə axmaq və qeyri-ciddi idi, digərləri isə milli maraqlara uyğun gəlmirdi. Lakin bəzi layihələri saxladıq. İndi isə bu agentliyi Dövlət Departamentinin strukturuna daxil edirik. Bilirsiniz niyə? Çünki biz istəyirik ki, bu, ABŞ-ın xarici siyasət alətlərinin bir hissəsi olsun, ayrıca bir qurum kimi yox. Bu, xeyriyyəçilik deyil. Xarici yardım xeyriyyə deyil, onun məqsədi ABŞ-ın milli maraqlarını təmin etməkdir”, – deyə Rubio bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*