Rublun çökməsi Solovyovu isterikaya saldı – VİDEObackend

Rublun çökməsi Solovyovu isterikaya saldı - VİDEO

Rusiyalı teleaparıcı, təbliğatçı Vladimir Solovyov son günlər rublun məzənnəsinin aşağı düşməsindən danışaraq emosiyalarını cilovlaya bilməyib.

KONKRET.az-xəbər verir ki, Solovyev canlı yayım zamanı rublun çökməsi ilə Rusiyanın gülünc vəziyyətə düşdüyünü dilə gətirib.

“Rubl dünyanın üç ən zəif valyutasından birinə çevrildiyi üçün xaricdə Rusiyaya gülməyə başlayıblar”, – deyə teleaparıcı bildirib.

Solovyov baş verənlərə görə Rusiya Mərkəzi Bankını günahlandırıb:

“Mərkəzi Bank nəinki rus valyutasının ucuzlaşmasının qarşısını ala bilməyib, həm də rublun niyə bu qədər ucuzlaşdığını ruslara izah etməyib”,  – deyə Solovyev qəzəblənib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*