Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”backend

Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”

“Bu gün haqqımda çıxan xəbərə ironiya ilə baxıram”.

Bunu KONKRET.az-a  açıqlamasında iki oğlunun təhsili ilə bağlı çıxan xəbərə münasibət bildirərkən deputat Rüfət Quliyev deyib.

O, son dövrlər bir çox qurumları tənqid etdiyini bildirib:

“Təəssüf ki, onlar mənim tənqidimi təhqir kimi qəbul edirlər, bu yolla susdurmağa çalışırlar. Amma məni susdurmaq qeyri-mümkündür. Cənab prezident deputatlara tapşırıq verib ki, harada nöqsan gördünüzsə, səsləndirin və təkliflərinizi irəli sürün. Niyə bəzi insanlar tənqidi təhqir kimi qəbul edirlər”.

Rüfət Quliyev heç kimi təhqir etmədiyini vurğulayıb:

“Sadəcə təkliflərimi irəli sürürəm. Mən haqqımda çıxan məlumatlara ironiya ilə baxıram. Xəbərdə rəqəmlər çox şişirdilib”.

Nərgiz Mirzəyeva                                                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*