Ruhi xəstəni zəncirləyən mağaza sahibini neçə il həbs gözləyir? – AÇIQLAMAbackend

Ruhi xəstəni zəncirləyən mağaza sahibini neçə il həbs gözləyir? – AÇIQLAMA

Səməd Vəkilov: “Bu məsələ kompleks araşdırma tələb edir”

Dünən Bakıda yerləşən mağazalardan birindən icazəsiz su götürən psixoloji problemli şəxsin market sahibi tərəfindən zəncirlənməsini əks etdirən video sosial şəbəkələri bir-birinə vurdu. Demək olar ki, cəmiyyətin bütün təbəqələrindən olan insanlar mağaza sahibinin əməlini kəskin pisləyərək onun hüquqi müstəvidə cəzalandırılmasını tələb etdilər. Məsələyə hüquq mühafizə orqanlarının reaksiyası özünü çox gözlətmədi. Artıq ruhi xəstə bir şəxsi zəncirlə bağlayan mağaza sahibi istintaqa cəlb olunub və araşdırmalara başlanılıb. İndi hər kəsi bir sual düşündürür:

Görəsən belə qəddar əməlin sahibini hansı cəza gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov göstərilən faktla bağlı cinayət işinin kompleks tədbirlər nəzərdə tutduğunu deyib: “Burada cinayətin dərəcəsini müəyyənləşdirmək üçün həmin şəxsə vurulan zəncirin yaratdığı fəsadlar da araşdırmalıdır. Hələlik burada qəsdən sağlamlığa ağır zərər vurma və əzab vermə cinayətinin tərkib əlamətləri, o cümlədən təhqir elementləri mövcuddur. Çünki mağaza sahibi bu əməli videoya çəkərək kütləvi yayılmasına səbəb olub. Odur ki, yayılan videoda təhqir elementləri də var. Həmin şəxsin cinayəti məhkəmə qaydasında sübuta yetirilmədən onu oğru adlandırıb. Beləliklə irəli sürülən ittihamlar təsdiqini tapdıqdan sonra, ümumi cəzaları nəzərə alsaq, törədilən əməl ağır cinayətlər kateqoriyasına aid edilə bilər. Bu halda isə əməli törədən mağaza sahibinə qarşı 7 ildən artıq cəza təyin edilməsi mümkündür”.

Картинки по запросу "hüquqşünas Səməd Vəkilov"

Hüquqşünas deyir ki, bu məsələ komplek araşdırma tələb edir: “Əgər həmin şəxs ruhi xəstədirsə, və ruhi-əsəb dispanserində qeydiyyatdadırsa, o zaman hansı formada kənara çıxdığı müəyyənləşdirilməlidir. Yaxud qəyyumları varmı, əgər varsa nəzarət etməlidirlər və məsuliyyət daşıyırlar – bütün bunlar araşdırılmalı və məsələyə qiymət verilməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az     

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*