Rumıniya “Bayraktar”la bağlı Türkiyədən xahiş etdi: “Birgə istehsal edək”backend

Rumıniya “Bayraktar”la bağlı Türkiyədən xahiş etdi: “Birgə istehsal edək”

Rumıniya Türkiyədən “Bayraktar” pilotsuz uçan aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan “Anadolu” agentliyinə müsahibəsində deyib.

“2023-cü ildə Rumıniya “Bayraktar TB2” döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarüklü bu il və sonrakı illərdə də davam edəcək. Rumıniya bu məhsulların birgə istehsalı üçün də bizə müraciət edib”.

Səfirin sözlərinə görə, müdafiə sənayesində bir neçə gözlənilən tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir. Altan onu da qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Onun səfərinin gündəmində bu məsələlərin də olacağı gözlənilir.

Səfir bildirib ki, Türkiyə 4 F-16 təyyarəsi və 80-ə yaxın hərbçinin köməyi ilə Rumıniya hava məkanını qoruyur.

“Bu kontekstdə Türkiyənin təşəbbüsü, Rumıniya və Bolqarıstandan olan müttəfiqlərimizin iştirakı ilə dəniz minalarının aşkar edilməsi və lazım gəldikdə məhv edilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi qərara alınıb. Yanvarın 11-də İstanbulda müvafiq memorandum imzalanıb”, – deyə o xatırladıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*