Rumıniya prezidenti Rusiyadakı səfiri geri çağırdı – Türkiyədəki diplomat da işini itirdibackend

Rumıniya prezidenti Rusiyadakı səfiri geri çağırdı - Türkiyədəki diplomat da işini itirdi

Rumıniya prezidenti Klaus Iohannis Rusiya da daxil olmaqla müxtəlif ölkələrdən 12 səfiri geri çağırıb.

KONKRET.az xəbər verir ki, məlumatı RİA Novosti agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən yazıb.

“Rumıniya prezidenti Klaus Iohannisin 11 sentyabr cümə günündə imzaladığı fərmana görə Vasile Soareni Rumıniyanın Rusiya Federasiyasındakı səfiri vəzifəsindən geri çağırılıb”. Fərmanların birində deyilir.

Türkiyə, Macarıstan, İraq, Livan, Argentina və Paraqvay, Avstraliya və Yeni Zelandiya, Niderland, Finlandiya, Malayziya və Bruney, Peru və Boliviya, Uruqvaydan diplomatlar da geri çağırılıb.

Bu qərarın səbəbi göstərilməyib. Rumıniya mətbuatı səfirlərin səlahiyyətlərinin bitdiyini göstərir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*