“Rus 200 ildi bildiyini edir“ – Seyran Səxavətbackend

“Rus 200 ildi bildiyini edir“ - Seyran Səxavət

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti birmənalı qarşılanmır. General Rüstəm Muradovun başçılıq etdiyi missiyanın ermənilərin bölgəyə köçürülməsində xüsusi canfəşanlıq göstərməsi narazılıq yaradıb.

KONKRET.az xatırladır ki, bu günədək sülhməramlıların dəstəyilə 27 min erməni geri qayıdıb. Amma sülhməramlı kontinget azərbaycanlıların öz torpaqlarına qayıtmasına biganə yanaşır.

Maraqlıdır, Rusiyanın iştirakı ilə bölgədə sülhü təmin etmək mümkün olacaqmı?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət tezliklə məcburi köçkünlərimizin də ata-baba yurdlarına qaytarılmasını arzuladığını diqlə gətirib:

“İstəyirəm ki, bizimkilər də tez bir zamanda Qarabağa köçsün. Amma orada ev problemi var. Axı 30 ildir azərbaycanlıların yaşadığı evlər ermənilər tərəfindən dağıdılıb. Bərpa prosesi getməlidir. Köçürmə prosesinin necə aparılmasını dövlət daha yaxşı bilir. Rusiya bu torpaqlara  indi gəlməyib ki, rus 200 ildən artıqdır ki, Azərbaycandadır. Əlbəttə, güclü dövlətdir, öz maraqları var və bildiyini edir. Özü olmayanda da həmişə nüfuzu olub. Biz də çalışırıq ki, öz bildiyimizi edək. Hər halda müharibədə etdiklərimiz böyük nailiyyətdir. Çünki son 200 ildə həmişə torpaqları verə-verə gəlmişik, indi isə almağa başlamışıq. Bunun davamı gəlsin. Ümid edirəm ki, bizimkilərin Xankəndinə də köçürülməsi prosesi başlayar. Bu, biraz ağır işdir, tələsmək lazım deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*