Rusiya artistləri Qarabağa gəldi – Ermənilərə konsert verəcəklərbackend

Rusiya artistləri Qarabağa gəldi - Ermənilərə konsert verəcəklər

Rusiyanın Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının artistləri Qarabağa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıları və erməni icmasını Yeni illə bağlı təbrikə gəliblər.

Ansambl kollektivi bayram ərəfəsində Qarabağdakı bütün 27 müşahidə məntəqəsində rus sülhməramlıları, Əsgəran, Xocavənd və Ağdərə rayon sakinləri üçün konsert verəcək, həmçinin Xankəndi internat məktəbində humanitar aksiya çərçivəsində çıxış edəcəklər.

  • Namiq
    Dekabr 29, 2021 - 15:28

    Azərbaycan ərazisinə gələn rus artistlər Azərbaycan dövlətindən icazə alıblarmı?? Niyə onlar qara siyahıya salınmır və Rusiyadan izahat tələb olunmur ?? Niyə Rusiyaya bununla bağlı NOTA verilmir ?? Yoxsa Qarabağ Rusiya ərazisidir ?? Azərbaycan dövləti bu kimi hallara göz yummaqla gələcəkdə yeni problemlərin yaranmasına şərait yaratmırmı ???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*