Rus deputat: “Co Baydenin adına medal təsis edilsin”backend

Rus deputat: "Co Baydenin adına medal təsis edilsin"

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet ABŞ prezidenti Co Baydenin adına medal təsis etməyi və onu ölkədən qaçan qorxaqlara və satqınlara təqdim etməyi təklif edib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Duma üzvü medalın ön tərəfinə təyyarədən düşən Baydenin fiqurunu yerləşdirməyi təklif edib. O bildirib ki, medalın digər tərəfində “Ukrayna xalqının cəlladı və satqın” sözləri ilə Vladimir Zelenskinin üzü həkk olunsun.

Deputat əlavə edib ki, belə bir mükafat göy qurşağının rəngləri ilə boyanmalı və vətəninə böhtan atan bütün qorxaqlar və satqınlara təqdim edilməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*