Vilnüs meri Valdas Benkunskas Litvanın rus məktəblərini “Putinin plakatları olan qapalı gettolarla” müqayisə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Sputnik agentliyi məlumat yayıb.
O hesab edir ki, rus məktəbləri bağlanmamalıdır, lakin onları dəyişdirmək və təhsilin keyfiyyətini artırmaq lazımdır. Bunun üçün təhsil sahəsində mütəxəssislərlə məsləhətləşmək vacibdir.
Benkunskas deyib ki, bu cür məktəbləri yaxşılaşdırmaq üçün tədbirlər görmək lazımdır ki, onlar Putinin plakatlarının gizli şəkildə asıldığı bir növ qapalı getto olmasınlar. Onun fikrincə, məktəblərin bağlanması son addım olmalıdır.
Qeyd edək ki, bundan əvvəl Litvanın təhsil naziri Gintautas Jakstas Latviya və Estoniyada olduğu kimi rus dilində tədrisdən tədricən imtina etməyi təklif etmişdi. Litvanın İqtisadiyyat və İnnovasiyalar Naziri Ausrine Armonaite buna qarşı çıxıb. Milli Azlıqlarla İş üzrə Departament də öz növbəsində bəyan edib ki, yalnız rus məktəblərinin bağlanması doğru olmazdı. Çünki bu, milli azlıqlara pis rəftar kimi qiymətləndirilə bilər ki, dövlət də buna gedə bilməz.
Rəsmiyyə Şərifova,
KONKRET.az