İşğalçılar hələ də müvəqqəti olaraq Nova Kaxovkadadırlar. Düşmənin guya bu yaşayış məntəqəsini tərk etməsi barədə məlumat mövcud məlumatlardan düzgün istifadə olunmaması nəticəsində dərc olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yenilənmiş məlumatında bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu Novaya Kaxovkanı mütləq azad edəcək.
22:37
Rusiya ordusu Xerson vilayətinin Nova Kaxovka şəhərini tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“22 martdan etibarən işğalçı ordunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, – Baş Qərargah vurğulayıb.
Bildirilib ki, şəhəri tərk edən hərbçilər geri çəkilərkən yerli sakinlərdən böyük sayda məişət və elektron texnikanı, zinət, geyim əşyaları və mobil telefonları müsadirə edib.